Niger dövlət çevrilişi fonunda Frankofoniyadan kənarlaşdırılıb

Niger dövlət çevrilişi fonunda Frankofoniyadan kənarlaşdırılıb
  20 Dekabr 2023    Oxunub:709
Niger fransızdilli ölkələri birləşdirən Fransanın himayəsi altında olan təşkilatdan - Frankofoniyadan xaric edilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Frankofoniya təşkilatının saytında dərc olunub.

Bu qərar Frankofoniya Daimi Şurasının iyul ayında dövlət çevrilişinin baş verdiyi Nigerdəki vəziyyətə həsr olunmuş onlayn iclasında qəbul edilib.

Təşkilat, həmçinin bu üzv dövlətlə çoxtərəfli əməkdaşlığa da xitam verib. Nigerin sabiq prezidenti Məhəmməd Bazumu azad etməyə və konstitusiya nizamını bərpa etməyə çağırıb.

Qeyd edək ki, 88 dövlət Frankofoniyanın üzvüdür, dünyada 321 milyon insan frankofon hesab olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti