ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını yeniləyib

   ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını yeniləyib
  20 Dekabr 2023    Oxunub:951
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyaya bağlı dörd firma və bir neft tankerini sanksiyalar siyahısına əlavə edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ maliyyə departamentinin mətbuat xidməti məlumat yayıb.

Maliyyə Nazirliyinin məlumatına görə, neft nəqli üzrə ixtisaslaşmış Honq-Konq şirkətləri “Bellatrix Energy” və “Covart Energy”, eləcə də Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş gəmiçilik şirkətləri – “SUN Ship Management” və əmtəə, neft-kimya və karbohidrogen ticarəti ilə məşğul olan “Voliton DMCC” məhdudiyyətlərə məruz qalıb.

Bundan başqa, Rusiya bayrağı altında neft daşıyan “SANAR-15” tankeri də ABŞ sanksiyaları siyahısına əlavə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti