NASA Aya eniş edəcəyi tarixi açıqlayıb
ABŞ-ın səlahiyyətli orqanları bu səfəri yenidən təkrarlamağa hazır olduqlarını və gələn ilin yanvar ayının 25-də Aya kosmik qurğu endirməyi planlaşdırdıqlarını bəyan ediblər. “Pereqrin” adı verilən bu qurğuda insan olmayacağı üçün Aya eniş əməliyyatının bu dəfə elə də həyəcan yaratmayacağı bildirilir.
“Pereqrin” cihazı Aydan müxtəlif nümunələr toplayacaq və gələcəkdə insanlardan ibarət “Artemis” ekspedisiyanın Aya edəcəyi eniş əməliyyatlarının uğurlu olmasına zəmin yaradacaq.
Qeyd edək ki, indiyə qədər Aya yalnız dörd ölkə - ABŞ, Rusiya, Çin və Hindistan uğurla eniş etməyə müvəffəq olub.
AzVision.az
Teqlər: