Azərbaycana gələn eks-prezident müraciət etdi
"Gözəl ölkəniz Azərbaycana dünyanın siyasi, elmi, mədəni elitasının ən nüfuzlu simalarını gətirərək Azərbaycan və regionda acıq cəmiyyət mövzusunda müzakirələrin təşkil olunması təşəbbüsü çox önəmli bir addımdır. Belə bir mötəbər və nüfuzlu dünya miqyaslı tədbirdə iştirak etmək hər birimiz üçün çox önəmli hadisədir".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 50-dən çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq.
Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.