Arxeoloqlar qədim insanların qidalarının müxtəlif olduğunu sübut ediblər

Arxeoloqlar qədim insanların qidalarının müxtəlif olduğunu sübut ediblər
  05 Dekabr 2023    Oxunub:2007
“Tübingen” universitetinin alimləri müəyyən ediblər ki, erkən Orta Paleolit (Daş dövrü) insanların tısbağalar, quşlar və yırtıcı heyvanlar yeyirdilər, bu da onların qidalarının əvvəllər düşünüldüyündən daha müxtəlif olduğunu göstərir.
Tədqiqat “Scientific Reports” jurnalında dərc olunub. Alimlər İranda 81-45 min il əvvəl məskunlaşmış Orta Paleolit dövrünə aid olan Qar-e-Bufadakı qədim heyvan qalıqlarını təhlil ediblər.

Ehtimal olunur ki, paleolit dövrünün əvvəllərində müasir insanların əcdadları effektiv şəkildə kiçik və iri məməliləri ovlayırdılar, lakin orta daş dövründə (300-45 min il əvvəl) onlar əsasən dırnaqlı heyvanlarla qidalanırdılar. Yeni bir araşdırma göstərdi ki, bu dövrdə insan əcdadlarının qida rasionuna ətyeyən məməlilər və tısbağalar da daxil olub.

Qar-e-Buf faunasının 75% -dən çoxu dırnaqlı heyvanlardır - kiçikdən çox böyük növə qədər: çöl keçiləri, çöl donuzları, atlar.

Tədqiqat qrupu həmçinin müxtəlif quş növlərinin sümüklərini, qırmızı tülkü və bəbir də daxil olmaqla bir neçə yırtıcı heyvanı müəyyən edə bilib. Sümüklərin bəzilərindəki cızıqlar onların qədim insanlar tərəfindən ovlandığını göstərir. Tısbağaların qabıqlarındakı od izlərinə görə, heyvanlar odda qızardılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti