Araşdırma: Dinozavrlar olmasaydı insan yüz ildən çox yaşaya bilərdi
Nəşr edilən araşdırmada qeyd olunub ki, dinozavrlar dövründə insan əcdadları ultrabənövşəyi işığın vurduğu zədələri bərpa edən fotoliazları, fermentləri itirib. Bu itki məməlilərin gecə həyat sürməsi səbəbindən baş vermiş ola bilər.
Həmçinin, dinozavrların dövründə məməlilərin uzun yaşamaqdansa, tez çoxala bilməsi daha vacib idi. Buna görə də təbii seçmə uzunömürlülüklə əlaqəli genlərin itirilməsinə səbəb olub.
Bu, sadəcə bir fərziyyə olsa da, gələcəkdə xərçəngin məməlilərdə niyə daha çox yayıldığını izah etmək mümkün ola bilər. Bundan əlavə, qocalmağa səbəb olan faktorların daha yaxşı başa düşülməsi demans və insult da daxil olmaqla, yaşa bağlı xəstəliklərlə mübarizəni yaxşılaşdıra bilər.
AzVision.az
Teqlər: