Bakı Dövlət Sirki qış mövsümünə start verir

   Bakı Dövlət Sirki qış mövsümünə start verir
  02 Dekabr 2023    Oxunub:1431
Bakı Dövlət Sirki Allahverdi İsrafilovun təşkilatçılığı ilə "GENDELFİN SEHİRLİ KOMPASI" adlı Yeni İl proqramını təqdim edir!
AzVision.az xəbər verir ki, yeni ildə yeni şou, yeni artistlər, yeni hekayə və dəniz heyvanlarının çıxışı ilə möhtəşəm proqram sizi gözləyir.

7 yanvar tarixinə kimi davam edəcək proqram ilk olaraq 14 dekabr tarixində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunacaq. Bu barədə jurnalistlərə proqramın təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının Ali Mükafatları laureatı Allahverdi İsrafilov bildirib.

Biletləri şəhərin bütün kassalarından və iTicket.az rəsmi saytından əldə edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti