Lavrovdan jurnalistə sərt cavab: "Lütfən, məndən düzgün sitat gətirin"

   Lavrovdan jurnalistə sərt cavab:    "Lütfən, məndən düzgün sitat gətirin"
  02 Dekabr 2023    Oxunub:1324
ATƏT xarici işlər nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında “Deutsche Welle”nin müxbiri sualı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qəzəbinə səbəb olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist Rusiyanın ATƏT-i tərk edib-etməyəcəyi ilə bağlı Lavrova sual verib. Eyni zamanda bildirib ki, rusiyalı nazirtəşkilatın dağılması barədə daha əvvəl iddia səsləndirib.

"Lütfən, məndən düzgün sitat gətirin. Bilirəm ki, Almaniyada hökumət üzvlərinin jurnalistlərə nə yazacaqlarını söyləməsi adətdir", - deyə Lavrov cavab verib.

O, daha sonra əlavə edib ki, Rusiyada media işçilərinə hörmət edirlər və onlara məlumatı necə təqdim etməyi diktə etmirlər.

Qeyd edək ki, noyabrın 30-da və dekabrın 1-də Şimali Makedoniyanın paytaxtında ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti