Lavrovun Bakı səfəri başladı

Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər. Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq.
Bəzi təhlilçilər Rusiya xarici işlər nazirinin Bakıya səfərində Azərbaycanın Avrasiya və Gömrük İttifaqına üzv olmaqla bağlı məsələnin prioritet olacağını da düşünür. /Ans/
Teqlər: