İlyas Tapdığın səhhəti pisləşdi
İ. Tapdığın ürək ağrılarından əziyyət çəkdiyi bildirilir.
Şair APA-ya açıqlamasında bildirib ki, bir müddət əvvəl ürəyində ağrılar başlayıb.
“Bir müddət əvvəl müalicə olunduqdan sonra evə buraxıldım. Ancaq iki gün əvvəl yenidən ağrılarım başladı. Srağagün yenidən xəstəxanaya müraciət etdim, reanimasiya şöbəsinə yerləşdirdilər. Bu gün səhər isə palataya köçürülmüşəm. Həkimlər yataq şəraitində 10 gün müalicə almalı olduğumu bildirirlər”, - deyə İ. Tapdıq vurğulayıb.
Şair əvvəllər ürəyindən şikayətlənmədiyini də bildirib: “Əvvəllər ürəyimdən şikayətim olmayıb. Lakin bu ilin yanvarında möhkəm soyuqlamışdım. Yaxşı müalicə olunmadığımdan yaşla əlaqədar bunun fəsadlarının ürəyində ağırlara səbəb olduğunu düşünürəm”.
O, xəstələndiyi barədə üzvü olduğu Azərbaycan Yazıçılar Birliyini məlumatlandırmağı lazım bilmədiyini də qeyd edib.
Qeyd edək ki, 1934-cü ildə Gədəbəy rayonunda anadan olan İ. Tapdıq 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Teqlər: