Berlində azərbaycanlı tələbələrlə görüş keçirilib

Berlində azərbaycanlı tələbələrlə görüş keçirilib
  13 İyun 2014    Oxunub:920
Azərbaycan Tələbə Şəbəkəsi (ASN) heyəti Berlində azərbaycanlı DAAD (Almaniya Akademik Mübadilə Xidməti) təqaüdçüləri ilə görüş keçirib.
Təqaüdçülər bu görüşə professor Azər Məmmədovun təşəbbüsü ilə gəlmişdilər. ADA tələbələri hazırda müvafiq sahələrlə bağlı bilik əldə etmək və Almaniyanın iqtisadi, siyasi və mədəni həyatı haqqında fikir qazanmaq məqsədilə adı çəkilən ölkədə səfərdədilər.

Konfransda ASN direktoru İbrahim Əhmədov və icraçı katibi Elşən Atayaroğlu İsmayılov ASN gördüyü işlər haqqında qısa məlumat verdikdən sonra,tələbələri maraqlandıran sualları ətraflı cavablandırıblar. Konfransdan sonra təşkil olunmuş şam yeməyində fikir mübadiləsi davam etdirilib.


Teqlər:





Xəbər lenti