“Dəmir cəngavər-2” Bakıda

“Dəmir cəngavər-2” Bakıda
  13 İyun 2014    Oxunub:2246
Bugündən etibarən Nizami Kino Mərkəzində “Dəmir cəngavər-2” filmi və 3D formatında çəkilmiş “Əjdahanı necə əhliləşdirmək-2 ” animasiya filminin nümayişinə başlanılıb.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, rejissor Conatan İnqlişin döyüş, macəra janrında çəkdiyi “Dəmir cəngavər-2” filmi Böyük Britaniya istehsalıdır.

Ekran əsəri “Dəmir cəngavər” filminin davamıdır. Roçerster qalasının böyük mühasirəsindən sonra sağ qalanlar özlərini çoxsaylı kelt qəsbkarlarından müdafiə edirlər. Saysız tryuklarla, fövqəladə süjet xətti ilə seçilən bu film orta əsrlər klanlarının qarşıdurmalarından və həmin epoxanın fantastik detallıqlarla təsvirindən bəhs edir. Əsl qəhrəman olan dəmir cəngavər qılıncı ilə ədalətin bərpasına qalxır.

Filmdə baş rolları Mişel Feyrli, Roksanna MakKi, Daniel Uebb, Rozi Dey, Twinnie Lee Moore və başqaları oynayıblar.

Amerika istehsalı olan “Əjdahanı necə əhliləşdirmək-2” 3D formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Din DeBluadır. Ekran əsəri fentezi, komediya, macəra janrında çəkilmişdir.

Vikinq və əjdahaların barışığından beş il keçir. Səma səyahətinə çıxmış İkkinqlə Bezzubik naməlum yerlərin xəritəsini tərtib edirlər. Buz mağarası aşkar etmiş cütlük oranın çoxsaylı vəhşi əjdahalar və onların müəmmalı süvarisinin evi olduğunu öyrənirlər və beləliklə, iki dost dünya müdafiəsi savaşının mərkəzinə düşürlər.

Baş rollarda Cey Baruşel, Keyt Blanşett, Cerard Batler, Kit Xarinqton, Cona Hill, Kristen Uiq çəkiliblər.


Teqlər:





Xəbər lenti