Pakistanda əməliyyatlar: 16 ölü

Pakistanda əməliyyatlar: 16 ölü
  12 İyun 2014    Oxunub:1022
Amerika pilotsuz təyyarələrinin reydləri nəticəsində ən azı 16 Pakistan terrorçusu məhv edilib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Pilotsuz təyyarələr ötən gün ümumilikdə iki reyd ediblər. Onlardan biri iyunun 11-i axşam saatlarında, digəri isə 12 iyun səhər saatlarında həyata keçirilib. İkinci hücum birinci hücum zamanı ölənlərin dəfn edilməsi zamanı həyata keçirilib. Pakistan rəsmiləri reydlərin həyata keçirildiyini təsdiqləyərək, pilotsuz təyyarələrin reydlərinin davam etdirilcəyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti