"Son hadisələrdən sonra Qarabağda dini tikililər zədələnməyib" - Rusiya XİN
O qeyd edib ki, "BMT-nin bir günlük missiyası mahiyyət etibarı ilə hazırki vəziyyətdə mümkün olan hər şeyi edib. Bunlar isə sakinlərdən müsahibələrin götürülməsi və insidentin Qarabağdakı infrastruktura, ilk növbədə mülki obyektlərə nə dərəcədə təsir etdiyini araşdırmaqdır".
İndiyə qədər əldə edilənlər göstərir ki, orada ciddi dağıntılar olmayıb, dini tikililər zədələnməyib və s.
Onun sözlərinə görə, BMT-nin belə bir missiyası son on ildə ilk dəfədir ki, Azərbaycanın Qarabağ bölgəsinə səfər edir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qarabağ