Dənizdə faciə: 2 qardaş boğularaq öldü

Dənizdə faciə: 2 qardaş boğularaq öldü
  12 İyun 2014    Oxunub:1478
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1991-ci il təvəllüdlü İlqar və 1993-cü il təvəllüdlü Şadnan Zakir oğlu Əsgərovlar Lənkəran çayının Lənkəran şəhəri, Vələdi kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 8 km aralıda nəzarət olunmayan ərazidə) balıq tutarkən batıb.

Nazirlikdən verilən məlumata görə, dərhal qurumun müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. İ. Əsgərovun və Ş. Əsgərovun cəsədləri batdığı yerdən, təxminən, 6 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 06:05-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti