Bədbəxt hadisə, 52 yaşlı kişi yıxılaraq öldü

Bədbəxt hadisə, 52 yaşlı kişi yıxılaraq öldü
  12 İyun 2014    Oxunub:950
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda tikilməkdə olan üç mərtəbəli binanın 3-cü mərtəbəsindən 1962-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Veysəlov yıxılaraq 2-ci mərtəbədə betona çırpılıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, S.Veysəlov aldığı bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və təhlükəsizlik qaydalarına riayət etməklə H.Veysəlovun cəsədini 2-ci mərtəbədən düşürərək aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 21:23-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti