"Müəllimlərə hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir"

   "Müəllimlərə hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir"
  03 Oktyabr 2023    Oxunub:2051
Elm və Təhsil Nazirliyi qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib və valideynlərə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub ki, təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir.

"Elm və Təhsil Nazirliyi olaraq bildiririk ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir. Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq" - deyə qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti