Ata və oğlu qəzanın qurbanı oldu

Ata və oğlu qəzanın qurbanı oldu
  15 Aprel 2013    Oxunub:1108
Ağstafada ağır yol nəqliyyat qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun 449-cu kilometrliyində, Ağstafa rayonu ərazisində baş verib.

Ağstafa şəhər sakini, 1963-cü il təvəllüdlü Cabbar Səfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində C. Cəfərov və onun oğlu Elmar Cəfərov hadisə yerində dünyasını dəyişib. Hadisəyə ötmə əməliyyatının düzgün həyata keçirilməməsinin səbəb olduğu bildirilir.(apa)

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti