Abituriyentlər üçün ərizə təsdiqi başladı

Abituriyentlər üçün ərizə təsdiqi  başladı
  15 Aprel 2013    Oxunub:1562
Bu gündən Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlər üçün ərizələrin təsdiqi prosesinə start verilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali məktəblərə sənəd qəbuluna aprelin 9-dan başlanılıb və mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək.

Məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komis­siya­larına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edəcəklər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahan­larına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.

Bu ilki qəbul imtahanlarında iştirakı gözlənilən abituriyentlərin böyük hissəsi ərizəsini elektron qaydada özü təsdiqləyəcək. Onların bunun üçün Sənəd Qəbulu komissiyalarına müraciət etməsinə ehtiyac yaranmayacaq. Həmin abituriyentlər ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlərdir.

Öz ərizələrini təsdiq etdirmək üçün əvvəlki illərin oğlan məzunlarının hərbi xidmətdən möhlət hüququ olmalıdır.


Teqlər:  





Xəbər lenti