VHP-dən Sərdar Cəlaloğluya: “Müxalifətçi olub nə etmisən?”

VHP-dən Sərdar Cəlaloğluya: “Müxalifətçi olub nə etmisən?”
  14 Aprel 2013    Oxunub:1379
“Səndən fərqli olaraq aksiyalarda tutulan, cərimələnən, təqib edilən, təzyiqə məruz qalan gənclərimizə deməmişik ki, mən sənə deməmişdim müxalifətə qoşulma...”
Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu "Yeni Müsavat" qəzetinə müsahibə iki partiya arasında gərginliyə səbəb olub. S.Cəlaloğlunun Sabir Rüstəmxanlı ilə bağlı dediklərinə VHP-dən cavab gecikməyib. Partiyanın Təşkilat Şöbəsinin müdiri Samir Əsədli “Facebook” sosial şəbəkəsində Sərdar Cəlaloğluya belə cavab verib.

“Sərdar Cəlaloğlu "Yeni Müsavat" qəzetinə müsahibəsində VHP-ni nəzərdə tutaraq deyir ki, "yəni Sabir Rüstəmxanlı da özünü müxalifət adlandırır..."

Mən Sərdar bəydən soruşuram: Müxalifətçi olub nə etmisən? Sabir Rüstəmxanlı səndən fərqli olaraq partiyadaşlarına, partiyasının gənclərinə demir ki, mitinqlərə qatılmayın... Səndən fərqli olaraq müxalitət partiyalarını, onların liderlərini ittiham etmir... müxalifətin ünvanına nə gəldi söyləmir...

Yoldaş Cəlaloğlu, biz VHP-çilər bu gün demokratik düşərgə ilə birgəyik, müxalifətin və İP-nin təşkil etdiyi aksiyalarda, mitinqlərdə öndə olmuşuq, hətta təşkilatçılığında iştirak etmişik...

Səndən fərqli olaraq aksiyalarda tutulan, cərimələnən, təqib edilən, təzyiqə məruz qalan gənclərimizə deməmişik ki, mən sənə deməmişdim müxalifətə qoşulma....

Onu da nəzərə al ki, tənqid etdiyin, o da özünü müxalifətçi sayır dediyin İlyas İsmayılov da sənin sədrin olub... ən azı İlyas bəy bu gün sənin kimi müxalifəti söymür....”

Qeyd edək ki, Sərdar Cəlaloğlu müsahibəsində bildirib ki, “ Bir var biz kimi müxalifət hesab edirik, bir də var kim özünü müxalifət hesab edir. Biz ikinciləri də dəvət edirik. Bu baxımdan bu prosesdə çevrə artıq genişləndirilib. Məsələn, Ədalət Partiyasının sədri İlyas İsmayılov özünü müxalifətçi hesab edir, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı da o sıradan”

AzVision.az


Teqlər:  





Xəbər lenti