İçdiyimiz xlorlu su bağırsaq xərçəngi yaradırmış - Alimlərdən xəbərdarlıq

   İçdiyimiz xlorlu su bağırsaq xərçəngi yaradırmış -    Alimlərdən xəbərdarlıq
  15 Sentyabr 2023    Oxunub:2613
İçməli suların yüksək səviyyədə dezinfeksiya edilməsi xüsusən kişilərdə düz bağırsağın xərçəngi riskinin artmasına səbəb olur.
AzVision.az xəbər verir ki, bu barədə Karolin Universitetinin alimləri məlumat yayıblar. Onların apardığı araşdırmaların nəticələri JNCI jurnalında dərc olunub.

Alimlər zəncəfilin xərçənglə güclü mübarizə apardığını sübut etdilər
Qeyd edilir ki, içməli suyun xlorlanması yoluxucu xəstəliklərlə mübarizədə geniş istifadə olunan ucuz və effektiv üsuldur. Ancaq bu, bəzən DNT-yə zərər verən trihalometanlar yarada bilər. Gəmiricilər üzərində aparılan təcrübələrdə məlum maddələrin kolon şişlərinin inkişaf riskini artırdığı sübut edilib. İnsanlar üzərində tədqiqatların aparılması isə məhdudlaşdırılıb. Lakin trihalometanın sidik kisəsi xərçəngi və düz bağırsağın şişi riskini artırdığına dair bəzi göstəricilər var.

Yeni araşdırmada alimlər 22 il ərzində 60 min orta yaşlı və yaşlı kişi ilə qadını müşahidə altında saxlayıblar. Onlar aşkar ediblər ki, dezinfeksiya məhsullarına ən çox məruz qalan kişilərdə trihalometanlara məruz qalmayan kişilərlə müqayisədə ümumi kolorektal xərçəng riski 20% və sol tərəfli kolon xərçəngi riski 60% artıb. Maraqlıdır ki, qadınlarda belə bir əlaqə müşahidə edilməyib.

Yeni tədqiqatda trihalometanların mənfi təsirləri əvvəlki tədqiqatların əksəriyyətinə nisbətən daha aşağı konsentrasiyalarda müşahidə edilib. Qeyd edilir ki, hazırda daha effektiv dezinfeksiya üsulları var, kimyəvi maddələrdən istifadə etmədən bunu reallaşdırmaq olar. Ona görə də, tədqiqat müəllifləri hesab edirlər ki, insanların gələcəkdə trihalometanlara məruz qalmasının qarşısı alına bilər və alınmalıdır da!

Kolorektal xərçənglə bağlı digər risk faktorları arasında siqaret çəkmək, zəif fiziki fəaliyyət, yüksək dozada alkoqol istehlakı, qırmızı və müxtəlif üsullarla emal olunmuş (Hisə verilmə, kolbasa, konservləşdirilmiş və s.) ətlər və az miqdarda lifli qida məhsullarının qəbulu daxildir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Xərçəng   Xlor   İçməli-Su  





Xəbər lenti