Nazir: "40 il əvvəl keçirilən fizikanı bu gün keçməməliyik"

     Nazir:  "40 il əvvəl keçirilən fizikanı bu gün keçməməliyik"
  11 Sentyabr 2023    Oxunub:1475
"Təhsildə ən əhəmiyyətli dövrü erkən yaş dövrüdür. İkinci dövr ibtidai təhsildir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib. Nazir bildirib ki, bu gün tədris edilən məzmunun nə dərəcədə köhnəlməsi bir daha müzakirə edilməlidir:

"Bundan qorxmamaq lazımdır. Məsələn, 40 il əvvəl keçirilən fizikanı bu gün keçməməliyik. Dil fənni ilə bağlı problemlərin də qoyuluşu ciddidir".

AzVision.az


Teqlər:





Xəbər lenti