DİN-dən silahlı insidentlə bağlı - Açıqlama

DİN-dən silahlı insidentlə bağlı - Açıqlama
  13 Aprel 2013    Oxunub:1743
Daxili İşlər Nazirliyi Ağdaş rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Məlumata görə, aprelin 12-də Ağdaş rayonunun Ləki qəsəbəsindəki "Ləki" restoranında Qolqəti kənd sakini Şakir Səmədov, Ucar rayon sakini Mehman Məmmədov, Göyçay rayon sakinləri Etibar Qasımov, İlqar Əliyev və Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənov arasında münaqişə baş verib.

Bu zaman Ş.Həsənov pnevmatik tapançadan atəş açaraq E.Qasımova, E.Qasımov isə şüşə parçası ilə Ş.Həsənova xəsarət yetirib.

Sonradan Ş.Həsənov və Ş.Səmədov köməyə çağırdıqları Ağdaş rayon sakini Pərviz Ağayevə məxsus "HERTON" markalı avtomaşında hadisə yerindən gediblər.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın Ləki qəsəbəsi ərazisində saxlanılıb, Ş.Həsənov, Ş.Səmədov və P.Ağayev tutulublar.

Avtomaşına baxış zamanı 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti