Krım üzərində Kiyevə məxsus 2 PUA vurulub

Qeyd olunub ki, Rusiya ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri Rusiyaya məxsus obyektlərə hücum etmək üçün kəşfiyyat aparan iki ədəd PUA-nı zərərsizləşdirib.
"Bu gün saat 10:30 radələrində Kiyev rejiminin iki təyyarə tipli PUA-sının Rusiya Federasiyası ərazisində obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb. İki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən növbə ilə məhv edilib”, - məlumatda qeyd edilib.
AzVision.az
Teqlər: