Bu rayonlar qazsız qalacaq

  13 Aprel 2013    Oxunub : 421
Bu rayonlar qazsız qalacaq
Bakının dörd rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, 13 aprel 2013-cü il tarixdə saat 14:00-dan saat 21:00-dək "Alatava" qazpaylayıcı stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində, saat 14:00-dan isə "Mikrorayon 500 mm-lik" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, 6, 7, 8 və 9-cu mikrorayonlara, həmçinin Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Teqlər: