Rafet El Romanı Bakıya buraxmadılar

Rafet El Romanı Bakıya buraxmadılar
  07 İyun 2014    Oxunub:1178
Tanınmış türkiyəli müğənni Rafet El Romanın sabah Azərbaycanda verəcəyi konsert təxirə düşüb.
AzVision.az-ın məlumatına görə, bu barədə lent.az-a konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib. O bildirib ki, müğənninin vizasında problem olduğuna görə, Bakıya gələ bilməyib: “Bildiyiniz kimi, Rafet El Roman Almaniya vətəndaşıdır. Bakıya oğlu ilə gəlməyi planlaşdırırdı. Viza məsələsində problem yaranıb. Buna görə də bu gün Azərbaycana gələ bilməyəcək. Konserti iyunun 28-nə saat 21:00-a qədər təxirə saldıq. İstəyirik ki, konsert şənbə gününə düşsün. İyunun 7-nə alınan bütün biletlər iyunun 28-i üçün keçərli olacaq”.

Xatırladaq ki, aparıcısı Zaur Nəbioğlunun olduğu gecədə türkiyəli müğənni ilə eyni səhnəni azərbaycanlı müğənni Günay İbrahimli də paylaşacaqdı.

Qeyd edək ki, konsertə biletlərin qiymətləri 70-200 manat idi.


Teqlər:





Xəbər lenti