Rauf Canıbəyov 19 dekabr 1956-cı ildə Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu olan Rauf bəy ixtisasca cərrahdır. 1984-1993-cü illərdə Bakı Dəmiryol Xəstəxanası, 1993-2003-cü illərdə Mərkəzi Kliniki Xəstəxanada plastik cərrah kimi çalışıb. 2004-cü ildən Azərbaycan səhiyyə sistemini tərk edib.
İncəsənət üzrə heç zaman, bir gün də olsun dərs almadığını deyən Rauf Canıbəyovun əl işləri görənləri heyran edir.
Rəssam yağlı boya, karandaş və rəqəmsal qrafika ilə işləməyə üstünlük verir.