Britaniya Müdafiə Qərargahının rəhbəri Zalujnı ilə görüşüb
Zalujnı admiral Radakini döyüş meydanındakı vəziyyət, Ukrayna hərbçilərinin hücum və müdafiə hərəkətləri barədə ətraflı məlumatlandırıb.
Bundan əlavə, onlar Ukrayna ordusunun təcili ehtiyaclarını müzakirə ediblər.
Qeyd edək ki, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Kiyevi ardıcıl olaraq dəstəkləyir. Xüsusilə, müasir tank və uzaqmənzilli raketləri Ukraynaya tədarük edən ilk ölkələrdəndir.
AzVision.az