İrlandiyanın baş naziri: "Putin ölsə, başsağlığı verməyəcəyik!"

O, 1945-ci il hadisələrini şərh edərkən, həmin dövrün xarici işlər naziri olmuş Eymond de Valeranın Adolf Hitlerin ölümü ilə bağlı Almaniyaya başsağlığı verməsini xatırladıb.
Jurnalistlərin Putinin ölümü ilə bağlı İrlandiyanın Rusiyaya oxşar başsağlığı verib-verməyəcəyi sualına Varadkar qəti şəkildə belə cavab verib: "Xeyr. Mən belə düşünmürəm. Dəfn mərasimində olacağımızı təsəvvür edə bilmirəm".
PA agentliyi isə yazır ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü İrlandiya cəmiyyətinə dərindən təsir edib. İrlandiya xeyli sayda ukraynalı qaçqını, o cümlədən Mariupoldan olan köçkünləri qəbul edib. Bu ölkə Rusiyaya qarşı bütün sanksiyalara qoşulub. Bundan başqa, Leo Varadkar dəfələrlə Ukraynaya səfər edib.
Tural Tağıyev
AzVision.az