Emin Milli erməni qəzetinə danışdı

Emin Milli erməni qəzetinə danışdı
  12 Aprel 2013    Oxunub:1455
Bloqqer Emin Milli Türkiyədə erməni dilində yayımlanan mərhum jurnalist Hrant Dinkin “Agos” qəzetinə müsahibə verib.
Emin Milli ötən həftə dostları ilə birgə qurduğu, internet üzərindən yayımlanacaq Meydan TV layihəsini tanıtmaq üçün İstanbula gəlib. Agos Emin Milli ilə Meydan TV, Əliyev hökuməti, hakimiyyətə qarşı yaranan müxalif qüvvələr, Türkiyənin Azərbaycandakı rejimə qarşı etinasızlığı barədə danışıb.

16 aylıq həbs, xaricə çıxmaq qadağalarının ardından İngiltərə getdiyini və təhsilini davam etdirdiyini, ölkəyə qayıtdıqdan sonra yenə təzyiqlərlə üzləşdiyini deyən Emin Milli Meydan TV ilə Wikipedia tipli bir şəbəkə kimi işləyəcəklərini deyib.

“Misir və Suriyada yaşanan ssenarilər təkrarlanmadan, qan tökülmədən Türkiyə, AB və Amerika Azərbaycanda yaşananların fərqinə varmalıdır” deyən bloqqer dünya ictimaiyyətini Azərbaycan hökumətinə dəstək verməməyə çağırıb.

Türkiyə mediasında yer tapa bilmədiklərini deyən Milli Türkiyədəki qəzet və televiziyalara çıxış tapmağa çalışırıq deyə bildirib.



Teqlər:  





Xəbər lenti