İcra Hakimiyyətlərindəki boş iş yerləri - SİYAHI
Elə başlayaq Bakıdakı İcra Hakimiyyətlərindən
Abşeron Rayon İcra Hakimiyyətində yeganə boş olan yer İnformasiya təminatı və təhlil sektor müdiri vəzifəsidir.
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur siyahısında icra başçısının birinci müavini postu boşdur. Eləcə də icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini yerinə yetirən şəxs yoxdur.
Qobustan Rayon İcra Hakimiyyətində iki vakant iş yeri var. Bunlardan biri böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, digəri isə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiridir.
İndi isə keçək bölgələrə...
Neftçala Rayon İcra Hakimiyyətində də böyük məsləhətçi-Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyanın məsul katibi vəzifəsini yerinə yetirən şəxs yoxdur. Həmin vəzifənin qarşsısında şəxs adı yazılan yerin boş olması buna deməyə imkan verir.
Balakən Rayon İcra Hakimiyyətində də sektor müdiri – baş mühasib vəzifəsinin qarşsında vakansiya yazılıb.
Şəki Şəhər İcra Hakimiyyəti - Başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri yeri boşdur. Bildirək ki, icra başçısının şəhər təsərrüfatı üzrə müavini Qəhrəmanov Eldəniz İlham oğlu xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsinin əlamətləri olduğundan barələrində 4 fevral 2011-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanılıb.
Beyləqan rayon icra başçısının birinci müavini vəzifəsi də boşdur. Lakin qeyd etmək yerinə düşərdi ki, bu vəzifəni Nürəddin Bayramov tutub. Amma indi həmin yer boşdur.
Tovuz Şəhər İcra Hakimiyyətində sektor müdiri- baş mühasib, yetkinlik yaşınaçatmayanların işləri və hüquqlarının məsələsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu vəh üquq şöbəsinin müdiri vəzifələri boşdur.
Kürdəmir Rayon İcra Hakimiyyətində isə yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsini yerinə yetirən şəxs yoxdur.
Mingəçevir İcra Hakimiyyətində isə isə məsələhətçi vəzifəsi boşdur. Belə ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində iki məsləhətçi vəzifəsinin vakant olduğu göstərilir.
Yevlax Şəhər İcra Hakimiyyətin də Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsi də vakant olan yerlərdən biridir.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin saytında isə başçının birinci müavini postunun boş olduğu göstərilir.
P.S Qeyd olunan bu vəzifələr İcra hakimiyyətinin saytlarında qeyd olunub.
Ardı var...
Sevinc İltifatqızı