İlham Əliyev həmkarına başsağlığı verdi

İlham Əliyev  həmkarına başsağlığı verdi
  12 Aprel 2013    Oxunub:1145
Dövlət başçısı İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda bildirilir:

“Buşəhr vilayətində baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, onlara səbr, yaralananlar və xəsarət alanlara şəfa diləyir, dağıntıların nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!”


Teqlər:





Xəbər lenti