Filmimiz festivalda “ən yaxşı” oldu

Filmimiz festivalda “ən yaxşı” oldu
  04 İyun 2014    Oxunub:1065
Rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir Beynəlxalq festivalda uğur qazanıb.
.
“Çölçü” filmi mayın 25-dən iyunun 1-dək Londonda keçirilmiş XV Rainbow Beynəlxalq film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib elan edilərək əsas mükafata layiq görülüb

AzVision.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilmişlər.
“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur...

“Çölçü” bədii filmi indiyədək 20 Beynəlxalq kinofestivalında və forumlarda iştirak etmiş, müxtəlif mükafatlara, o cümlədən diplomlara layiq görülmüşdür. Bu ekran əsəri 2013-cü ilin “Humay” Milli Mükafatına layiq görülmüşdür. Film, həmçinin 86-cı “Oskar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.


Teqlər:





Xəbər lenti