NATO müdafiə nazirləri Ukrayna üçün toplaşır

NATO müdafiə nazirləri Ukrayna üçün toplaşır
  03 İyun 2014    Oxunub:948
Toplantıda Gürcüstan və Ukrayna müdafiə nazirləri də iştirak edəcək.
Şimali Atlantika Alyansına daxil olun ölkələrin müdafiə nazirlərinin Brüsseldə iki günlük toplantısı zamanı Ukraynadakı vəziyyət, təşkilata üzv Şərqi Avropa ölkələrinin kollektiv müdafiə tədbirlərinin gücləndirilməsi və Əfqanıstandakı missiyanın gələcək perspektivləri məsələləri müzakirə ediləcək.

Müdafiə nazirləri Ukraynadakı vəziyyəti yalnız öz aralarında deyil, həm də NATO-Ukrayna və NATO-Gürcüstan formatlarında da müzakirə edəcəklər.

NATO hazırda fəal hərbi təlimlər həyata keçirmək, böhran şəraitində təhdid və onun planlaşdırılması üzrə erkən xəbərdarlıq mexanizmlərini təkmilləşdirmək niyyətindədir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti