"NATO sammiti Ukrayna üçün yaxşı nəticələnib, lakin ideal ola bilərdi" - Zelenski |
Hər kəs münaqişə davam etdiyi müddətdə Ukraynanın NATO-ya daxil ola bilməyəcəyi tezisi ilə razılaşıb. Bir çoxu sammitdə Kiyevə jest edərək bəyan etdi ki, Ukrayna həqiqətən də üzvlüyə doğru yol alıb. Amma Vaşinqton və Berlin Kiyevə konkret vədlər verilməsinə qarşı çıxdılar.
Amma alyans Ukrayna silahlı qüvvələrinin Qərb standartlarına keçməsinə və yeni Ukrayna-NATO şurasının yaradılmasına kömək edəcək tədbirlər paketi üzərində razılaşdığını bəyan edib. NATO nümayəndələri demokratiya və təhlükəsizlik sahəsində zəruri olan islahatları təhlil edəcəklər.
Tural Tağıyev
AzVision.az