İraqla İran arasında qaz və xam neft sövdələşməsi

İraqla İran arasında qaz və xam neft sövdələşməsi
  12 İyul 2023    Oxunub:1108
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ölkəsinin İrandan qaz idxalına görə borcunu ödəmək üçün qarşı tərəfə xam neft verəcəyini açıqlayıb.
AzVision.az Məhəmməd Şia əl-Sudaniyə istinadən bildirir ki, Bağdad borclarını ödəmək üçün ABŞ-ın müsbət rəyini ala bilmədiyindən iyulun 1-dən İran İraqa qaz ixracını 50%-dən çox azaldıb.

Bununla belə, Tehran xam neft almaq müqabilində İraqa qaz ixracını davam etdirməyə razılaşıb. İranın nümayəndə heyətinin Bağdada səfəri zamanı aparılan danışıqlar çərçivəsində belə anlaşma əld olunub.

ABŞ-nin İrana qarşı sanksiyaları üzündən Bağdad İrana 11 milyard avro civarında olan borcunu ödəməyə çətinlik çəkir. Bu sanksiyalara əsasən, həmin pullar sanksiyalara məruz qalmayan ərzaq və dərman kimi malların alınmasına sərf ediləcəyi halda İrana verilə bilər.
Bağdad xam nefti İran qazı ilə dəyişdirməklə həm də ölkəyə enerji idxalının azalması problemini çozəcək. Qazdan əlavə, İraq elektrik enerjisinin bir hissəsini və ümumilikdə enerjinin təxminən 30-40%-ni İranın hesabına təmin edir.

- Bu məsələ, xüsusilə də İraqda temperaturun 50°C-dən (122°F) yuxarı qalxdığı və ölkənin enerji istehlakının artdığı qızmar yayda daha da aktuallaşır”, - Sudani deyib.

İki gün əvvəl İraq Fransanın Total şirkəti ilə 27 milyard dollarlıq müqavilə də imzalayıb ki, burada da əsas hədəf neft-qaz və bərpa olunan enerji ilə bağlı dörd layihə çərçivəsində neft və enerji hasilatını artırmaqdır.
AzVision.az


Teqlər: İraq   İran  





Xəbər lenti