FTB Robert Mallinin fəaliyyətini “araşdırır”
Mallinin məxfi sənədlərlə işləməsi faktını araşdıran FTB-nin təhqiqatının digər məsələləri də əhatə edib-etməyəcəyinin bəlli olmadığı vurğulanır. Lakin FTB-nin hazırda bu işə cinayət işi kimi baxdığına dair heç bir əlamətin olmadığı xüsusi vurğulanır.
ABŞ-ın xüsusi xidmət orqanları Konqressin müvafiq komitələrini bu cür hallarla bağlı müntəzəm şəkildə məlumatlandırırlar. Lakin işin həsaslığın görə, konqresmenlərdən heç biri bu barədə müsahibə verməyə razı olmayıb.
ABŞ Dövlət departamentində Bayden administrasiyasının İran məsələləri üzrə xüsusi nümayəndəsi kimi iştirak edən Robert Malli ABŞ-ın dövlət katibi Entoni Blinken, habelə Yaxın Şərq üzrə Ağ evin Milli Təhlükəsizlik şurasında məsul şəxs olan Brett Makqurkla sıx əlaqə saxlayırdı.
Mallinin bu müddət ərzində əsas missiyası İranla nüvə sazişini canlandırmaq və İranda həbsdə olan ən azı üç Amerika vətəndaşının azad edilməsi ilə bağlı Tehranla danışıqlar aparmaq idi.
AzVision.az