MKİ: İran hazırda nüvə silahı yaratmağa çalışmır
“İran 2020-ci ildən bəri atom bombası istehsal etmək qabiliyyətini artırmağa çalışıb, lakin onun istehsalı üçün heç bir addım atmayıb. İran hazırda sınaqdan keçirilə bilən nüvə bombası istehsalı üçün zəruri olan əsas fəaliyyətlərlə məşğul deyil. Eyni zamanda, İran nüvə silahı yaratmağa qərar verərsə, nüvə bombasını tamamlamaq üçün lazım olan parçalanan materialı istehsal edə biləcəyi ilə bağlı araşdırmalarla məşğuldur”, - məlumatda deyilir.
MKİ-nin araşdırmasına görə, İran uranın zənginləşdirilməsi ilə bağlı JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) müddəalarını pozmaqda davam etməsi Donald Tramp administrasiyasının 2018-ci ildə JCPOA-dan çıxmasına reaksiyadır. İran zənginləşdirməni artırmaqla yanaşı, mütərəqqi sentrifuqaların yaradılması sahəsində JCPOA öhdəliklərini də keçib. JCPOA-nın şərtlərinə görə “Fordu” nüvə mərkəzində qabaqcıl sentrifuqaların quraşdırılması və uranın zənginləşdirilməsi qadağan olunsa da, Tehran bunu edib. İranın ballistik raket proqramları isə hələ də Yaxın Şərq ölkələri üçün əhəmiyyətli təhlükə kimi qalır.
AzVision.az