Qanunsuz neft daşıyan İran tankeri saxlanıldı

   Qanunsuz neft daşıyan İran tankeri saxlanıldı
  11 İyul 2023    Oxunub:894
İndoneziyanın hakimiyyət orqanları Cənubi-Çin dənizində İran bayrağı altında üzən tankeri qanunsuz neft daşıması şübhəsi ilə saxlayıb.
Bu barədə İndoneziyanın dənizdə təhlükəsizlik agentliyinin rəhbəri Aan Kurniya bildirib.

“İyulun 7-də Cənubi-Çin dənizinin Şimali Natuna rayonunda “S Tinos” gəmisindən “Arman 114” tankerinə neft yüklənməsi faktı aşkarlanıb. “Arman 114” tankeri Malayziya hakimiyyətinin köməyi ilə saxlanılıb”, - deyə Aan Kurniya mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İran bayrağı altında üzən tankerdə 270 min tona yaxın neft var.

İndoneziya hakimiyyət orqanlarının saxlanılan gəmi və onun ekipajı ilə bağlı daha hansı tədbirlər görəcəyi ilə bağlı məlumat verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti