Məmmədyarov Kerriyə baş sağlığı verib

Məmmədyarov Kerriyə baş sağlığı verib
  12 Aprel 2013    Oxunub:1302
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Con Kerriyə başsağlığı məktubu ünvanlayıb
Bu barədə AzVision.az-a XİN-in mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda xidmət aparan gənc ABŞ diplomatı En Smedinqofun faciəvi ölümü ilə bağlı bu ölkənin dövlət katibi Con Kerriyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda nazir Elmar Məmmədyarov hər bir diplomatın dünyada sülh və sabitliyin təşviq olunmasında vasitəçi olduğunu vurğulamış və həyatını itirən ABŞ diplomatının ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib.



Teqlər:  





Xəbər lenti