Fələstində milli birlik hökuməti yaradıldı

Fələstində milli birlik hökuməti yaradıldı
  02 İyun 2014    Oxunub:1108
İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində FƏTH və HƏMAS üzvilərinin daxil olduğu Fələstinin yeni milli birlik hökuməti and içib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən bildirir.

Qeyd edək ki, FƏTH və HƏMAS yeddi il ərzində bir birilə münaqişə edib. FƏTH bu illər ərzində İordan çayının qərb sahilinə, İsrailin terror təşkilatı hesab etdiyi HƏMAS isə Qəzza zolağına nəzarət edirdi.

Bu ilin aprel ayında tərəflər gözlənilmədən qarşılıqlı barışıq elan edib və birlik hökumətin formalaşdırılması barədə danışıqlara başlamaq barədə razılığa gəliblər. Yeni hökumətin yaxın yarım il ərzində Fələstin ərazilərində ümumi seçkilər keçirəcəyi planlaşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti