Elmar Məmmədyarov alt-qrupun üzvləri ilə görüşüb

Elmar Məmmədyarov alt-qrupun üzvləri ilə görüşüb
  12 Aprel 2013    Oxunub:1225
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycan və Ermənistan üzrə alt-qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın vəziyyətindən məmnunluq ifadə edilib və təşkilatın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı E.Məmmədyarov nümayəndə heyətinin Azərbaycan-Avropa Şurası (AŞ) əməkdaşlığının müxtəlif aspektlərini əhatə edən bir sıra suallarını cavablandırıb. Həmçinin Azərbaycanın AŞ ilə əməkdaşlığını genişləndirmək əzmində olduğunu və AŞ çərçivəsindəki öhdəliklərinə sadiqliyini deyib.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan söz açan E.Məmmədyarov Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl olduğunu vurğulayıb və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.




Teqlər:





Xəbər lenti