Dünya şöhrətli model Bakıda səhnəyə çıxdı
Layihə çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib. Renato Balestranın iştirakı ilə keçirilən dəfilədə 40-dan çox geyim nümunəsi təqdim olunub.
Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilib.
Moda nümayişində tanınmış model İrina Şeyk də səhnəyə çıxıb.
AzVision.az
Teqlər: