XİN rəhbəri ATƏT nümayəndəsi ilə görüşüb
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərək bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişənin həllinin uzanmasının regionda sülh və sabitliyin bərpasına imkan vermədiyini, həmçinin bütövlükdə geniş Avropa məkanı üçün təhdid təşkil etdiyini vurğulayıb. Nazir qeyd edib ki, münaqişənin həll olunması üçün beynəlxalq ictimaiyyət işğalçı dövlətə qarşı təzyiqləri artırmalı və münaqişənin həlli məsələsi daim beynəlxalq gündəlikdə tutulmalıdır.
Nazir Azərbaycanın ATƏT-in tamhüquqlu üzvü kimi təşkilatda əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb və ATƏT-in bir təşkilat kimi bütün üzv dövlətlərə qarşı eyni münasibət nümayiş etdirməsinin vacibliyini qeyd edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Teqlər: