“İkili standartlar BMT-nin nüfuzunu artırmır”

“İkili standartlar BMT-nin nüfuzunu artırmır”
  12 Aprel 2013    Oxunub:1364
“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın və regionun təhlükəsizliyi üçün əsas təhdiddir. Münaqişənin həll olunmaması regionun bütün ölkələrin neqativ təsir göstərir”.
Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunlarının I Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq hüquq normaları ölkənin ərazi bütövlüyünün bərpasını zəruri edir:

“Dağlıq Qarabağ və ətraf rayonlar hüquqi baxımından məxsus olduğu tərəfə qaytarılmalıdır. Biz danışıqlara impuls verməyə çalışırıq, lakin qarşı tərəfin mövqeyi danışıqlar prosesini uzatmaqdan ibarətdir”.

Prezidentin sözlərinə görə, bu gün münaqişənin həllinin uzanması yolverilməzdir:

“Münaqişə Helsinki Yekun Aktının müddəaları və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həllini tapmalıdır. Biz bu məsələdə ikili standartlarla üzləşirik. Beynəlxalq hüquqa bələd olan bizlər yaxşı bilirik ki, bəzi qətnamələr cəmi bir neçə saat ərzində icra olunur. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə isə bu kimi ikili standartların nümayişi beynəlxalq təşkilatların, ilk növbədə BMT-nin nüfuzunu artırmır”.(apa)


Teqlər:





Xəbər lenti