Bu ixtisaslar üzrə tələbə qəbulu artıb

   Bu ixtisaslar üzrə tələbə qəbulu artıb
  09 İyun 2023    Oxunub:2083
Dövlət sifarişli yerlərə tələbə qəbulu son 5 ildə 118 faiz artıb.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib. Onun sözlərinə görə, 2022-2023-cü illərdə tələbə qəbulunda 8,3 faiz, dövlət sifarişi üzrə 8,9 faiz artım olub.

"Ən çox artım texniki və texnoloji ixtisaslar üzrə olub və 14,3 faiz təşkil edib. Təhsil ixtisas qrupunda 3 faizlik, tibb təhsilində isə 12,4 faiz olub. Eyni ilə dövlət sifarişli yerlərdə də bu artım müşahidə edilir".

Y.Piriyev qeyd edib ki, növbəti tədris ilində tibb təhsilində 91 faizdən çox tələbə dövlət sifarişli yerlərdə təhsil alacaq.

"Növbəti tədris ilində bakalavriat səviyyəsi üzrə İT ixtisaslarında tələbə qəbulunun proqnozunda 16,7 faiz artım nəzərdə tutulur, dövlət sifarişli yerlər isə 42,2 faiz artacaq. Magistratura səviyyəsində İT ixtisaslarında tələbə qəbulu proqnozu 7,4 faiz, dövlət sifarişi isə 54,6 faiz artacaq.

Magistraturaya növbəti tədris ilində 2022-2023-cü tədris ilinə nisbətən proqnoz yerləri 9,1 faiz, dövlət sifarişi isə 51,7 faiz artacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil  





Xəbər lenti