“Orada aldığım təhsil bu gün də mənə kömək edir”

 “Orada aldığım təhsil bu gün də mənə kömək edir”
  12 Aprel 2013    Oxunub:1176
Bu gün Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Beynəlxalq Forumu işə başlayıb.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Dövlət başçısı ilk öncə müəllimlərinə təşəkkür edib: “İnstitutda mənə dərs demiş hər kəsə, xüsusilə Nikolay İvanoviç Lebedevə minnətdarlığımı bildirmək istəyirəm. Dünən onunla iki saata yaxın söhbət etdik, təhsil aldığım illəri xatırladıq, beynəlxalq məsələləri müzakirə etdik. Mən hələ də bu görüşün təsiri altındayam. Bizim bu gün yüksək qiymət verdiyimiz ənənələr Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda onun rəhbərliyi altında qoyulub. Düşünürəm ki, institutumuzun məzunları bu ənənələri möhkəmləndirən və inkişaf etdirən hər kəsə minnətdar olmalıdır”.

Prezident İlham Əliyev MDBMİ-nin rektoru Anatoli Torkunova da minnətdarlıq edib: “İndiki rektor Anatoli Torkunovun da xidmətlərini qeyd etmək istəyərdim. Bu ali məktəb məhz onun rəhbərliyi altında aparıcı təhsil müəssisələrindən birinə çevrilib. Qeyd etdiyim ənənələr bizim ailəmizdə də qorunub saxlanır. Çox şadam ki, qızım Leyla məhz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Ümidvaram ki, bugünkü forum tədbirə qatılan iştirakçıların təmsil etdiyi ölkələr arasında münasibətlərin inkişafına təkan vermiş olacaq”.

Dövlət başçısı ömrünün 15 ilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirdiyini deyib: “Orada aldığım təhsil bu gün də mənə kömək edir”.

Prezident İlham Əliyev çıxışında müstəqil Azərbaycanın inkişaf tarixi, əldə olunan uğurlar barədə forum iştirakçılarını məlumatlandırıb: “Son on ildə iqtisadiyyatın həcmi 3 dəfə artıb, eyni artım sənaye istehsalında da müşahidə olunur. Neft gəlirlərinin ədalətli bölgüsü təmin olunub. Bu gün qarşımızda duran əsas vəzifə qeyri-neft sektorunun inkişafıdır”. (apa)



Teqlər:  





Xəbər lenti