Süni İntellekt korrupsiyaya qarşı: Presedent var!

   Süni İntellekt korrupsiyaya qarşı:    Presedent var!
  28 May 2023    Oxunub:3633
Britaniyanın İrimiqyaslı dələduzluqla mübarizə Bürosu (SFO) “Rolls-Royce” şirkətində baş vermiş böyük korrupsiya halının araşdırılması üçün ilk dəfə olaraq süni intellektin köməyindən istifadə edib.
Qeyd edək ki, SFO “Rolls-Royce” şirkətinin korrupsiya qalmaqalını artıq 10 ildən çoxdur araşdırır. Holdinqin korrupsiya şəbəkəsi onlarla ölkədə yüzlərlə kənar şirkətin cəlb edilməsi ilə baş verdiyindən, araşdırma xeyli ləng gedirdi.

Mənfi halların üzə çıxarılması üçün 30 milyon sənədin oxunması, çeşidlənməsi, indeksasiyası və oradakı məlumatların bazaya daxil edilməsi lazım idi. “Ravn ACE” sisteminin köməyi ilə gündə 600.000 sənədi emal etmək mümkün olub.

“Ravn” şirkətinin direktoru Devid Lamsden bildirib ki, süni intellektin prosesə cəlb olunması ilə iş eksponensial şəkildə sürətlənib.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Süni-İntellekt  





Xəbər lenti