Nazir ABŞ-dan təklif alan Vahabla görüşdü

   Nazir ABŞ-dan təklif alan Vahabla görüşdü
  26 May 2023    Oxunub:2565
Elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq “Prezident təqaüdçüsü” adını qazanan Vahab Cəbrayılovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib:

"Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır. Tələbəmizi təbrik edir, ona gələcək təhsilində yeni nailiyyətlər arzulayıram".

Qeyd edək ki, Vahab bu il Türkiyənin Orta Şərq Texniki Universitetinin (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzunu olub. Ona ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura təhsili almaq və professor köməkçisi kimi çalışmaq təklif olunub.



Aytən Zəhra
AzVision.az


Teqlər: Tələbə   Nazir  





Xəbər lenti