Bred Pitti döydülər

Bred Pitti döydülər
  29 May 2014    Oxunub:998
“Malefisenta” filminin Hollivudda keçirilən qala gecəsində naməlum şəxs Bred Pittə sifət nahiyəsindən zərbələr endirib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Hadisə aktyorun öz pərəstişkarlarına avtoqraf payladığı zaman baş verib. Naməlum kişi maneələri dəf edərək, aktyora hücum edib. Polislər dərhal həmin şəxsi saxlayıb. Pittə ciddi xəsarət dəyməyib. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Pred Pittin həyat yoldaşı Ancelina Coli “Malefisenta” filmində baş rollardan birini ifa edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti